Rusiyadan Azərbaycana gələn erməni mənşəli vətəndaşlara - Xəbərdarlıq

rusiyadan-azerbaycana-gelen-ermeni-menseli-vetendaslara
Oxunma sayı: 1599

Rusiya XİN-in mətbuat xidməti Azərbaycana səfər etməyi planlaşdıran erməni əsilli vətəndaşlarına xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi rəsmi Moskvanın çoxsaylı müraciətlərinə baxmayaraq, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığını bəyan edib. 

XİN-in rəsmi saytındakı “Rusiya vətəndaşları üçün xəbərdarlıq” bölməsində xəbərdarlıq yerləşdirilib.

Qeyd edək ki, bu, Rusiya XİN mətbuat xidmətinin eyni məzmunlu ilk anti-Azərbaycan bəyanatı deyil. Nazirliyin sözçüsü Mariya Zaxarova daha əvvəl də erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından şikayətlənmiş, bunu Rusiya vətəndaşlarının hüquqlarının pozulması kimi qiymətləndirmişdi.