Rusiyadan Azərbaycana olan bu reys dayandırıldı

Rusiyadan Azərbaycana olan bu reys dayandırıldı
Oxunma sayı: 1702

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “Saratovskie avialinii” aviaşirkətinin Azərbaycana uçuş icazəsini geri çağırıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Novosibirsk-Qəbələ reysinə icazə ləğv edilib.

Bu qərara icazənin verildiyi müddətdə uçuşların həyata keçirilməməsi səbəb olub.

Qeyd edək ki, “Saratovskie avialinii” bu reysin yerinə yetirilməsi üçün icazəni 2014-cü ilin iyulunda alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi