Rusiyadan Ermənistana hərbi yardım - Siyahı

rusiyadan-ermenistana-herbi-yardim-siyahi
Oxunma sayı: 709

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir çox beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyi barədə dəfələrlə bəyanatların verilməsinə baxmayaraq, Rusiyanın sözü ilə hərəkətləri üst-üstə düşmür.

Belə ki, Rusiya Federasiyası Ermənistana külli miqdarda silah və texnikanın ötürülməsini davam etdirərək status-kvonun qorunub saxlanılmasına zəmin yaradır.

Son bir neçə ay ərzində Rusiyadan Ermənistana aşağıda göstərilən silah, sursat və hərbi texnika ötürülüb:


Zirehli texnika

- BMP-3 piyadaların döyüş maşınları;
- BMP-2 piyadaların döyüş maşınları;
- BTR-80 bazasında R-149 komanda-qərargah maşınları;
- BTR-70/80 zirehli transportyorlar.

Artilleriya qurğuları

- 152mm 2A65 «Msta-B» haubitsaları;
- 152mm 2A36 «Qiatsint-B» topları;
- 2S3M «Akasiya» özüyeriyən artilleriya qurğuları;
- 300mm, 240mm və 122mm üçün reaktiv mərmiləri;
- 152mm artilleriya qurğuları ücün mərmiləri;
- Tanklar ücün 125mm mərmiləri;
- D-30 artilleriya qurğuları üçün 122mm mərmiləri;
- MT-12 topu ücün 100 mm mərmiləri
- Artilleriya üçün ehtiyat hissələri və ləvazimatları;
- 2S3M «Akasiya» üçün ehtiyat hissələri və ləvazimatları;

HHM və aviasiya vasitələri

- S-300 zenit-raket kompleksi üçün 5B55K, 5B55R və 5B55U idarəolunan zenit raketləri.
- ZRK «KUB» bir divizion tərkibində;
- 80 mm C-8 idarə olunmayan aviasiya raketləri;
- İdarəolunmayan X-25 ML aviasiya raketləri;
- 57mm C-5 idarəolunmayan aviasiya raketləri UB-20-57 bloku ilə;
- R-60M tipli idarəolunan raketləri;

Çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri;
Çoxlu sayda atıcı silahlar, sursatlar və mühəndis əmlakları.