Rusiyadan Gürcüstanda baş verənlərə - Münasibət

rusiyadan-gurcustanda-bas-verenlere
Oxunma sayı: 1924

Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin ötən gün Gürcüstanda keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında rusiyalı nümayəndə heyətinə göstərilən reaksiya haqda açıqlama verib.

“Qafqazinfo” Rusiya KiV-nə istinadən xəbər verir ki, nazir müavini rusiyalı parlamentarilərin mühafizə altında parlament binasından çıxarıldığını deyib. Karasinin sözlərinə görə, Rusiya tərəfi Gürcüstandakı radikal siyasi qüvvələrin davranışlarından qəzəblənib. Məhz bu qüvvələr beynəlxalq forumu öz maraqlarına qurban verərək antirus əhval-ruhiyyəsi sərgiləməyə çalışıb. Bununla belə, Rusiya dövləti Gürcüstanla əlaqələri daha da yaxşılaşdırmaq niyyətindədir.

Xatırladaq ki, gürcü deputatlar Assembleyanın iclası zamanı rusiyalı nümayəndələrin ölkədən getməsini tələb ediblər. Hətta millət vəkili Akakiy Boboxidze onların üzərinə su ataraq “Abxaziya hardadır? Rədd olun ölkədən” deyib.

Bütün bu hadisələr baş verən zaman Gürcüstan parlamentinin spikeri İrakli Kabaxidze Bakıda olub. KİV-in yazdığına görə istefası tələb edilən Kabaxidze Azərbaycana rəsmi səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdacaq. Parlamentdən isə səfərin plan üzrə davam etdiyi bildirilib.