Rusiyadan İngiltərə Baş Nazirinə cavab gecikmədi

rusiyadan-ingiltere-bas-nazirine-cavab-gecikmedi
Oxunma sayı: 1837

Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova İngiltərə baş naziri Tereza Meyin ittihamlarına cavab verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zaxarova İngiltərənin bu addımının diqqəti yayındırmaq məqsədi daşıdığını bildirib.

“(İngiltərədə -red) Cəmiyyətin diqqətini dağıtmaq üçün xarici düşmənə lazım olduğu və bu düşmənin də Rusiya olaraq seçildiyi tamamilə anlaşılır”,-deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Tereza Meyin Rusiyanı “beynəlxalq düzəni təhdid etməklə” günahlandırması “məsuliyyətsiz” və “əsassız” ittihamdır.