Rusiyadan Makrona Türkiyə cavabı - “Bu, bizə mane olmaz”

rusiyadan-makrona-turkiye-cavabi
Oxunma sayı: 3005

“Kreml”in sözçüsü Dmitriy Peskov ABŞ, İngiltərə və Fransanın Suriyaya qarşı birgə əməliyyatına görə Rusiya ilə Türkiyənin ayrılmadığını bildirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Peskov, rəsmi Moskvanın bəzi məsələlərdə mövqelərinin fərqli olduğunu bildirib:

“Bu fərqli mövqelər fikir mübadiləmizin davam etməsinə mane olmaz. Həmçinin, böyük iqtisadi və digər layihələrdə əməkdaşlığımızı inkişaf etdirməyimizə əngəl törətməz”.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron 2 gün öncə Suriyaya hava hücumundan sonra “Bu hücumla Türkiyəni Rusiyadan ayırdıq” ifadələrini işlətmişdi.