Rusiyadan millimizi aşağılayan - Açıqlama

rusiyadan-millimizi-asagilayan-aciqlama
Oxunma sayı: 642

Belə ki, Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya-Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirən veteran oyunçu "Əgər Azərbaycan yığmasına fikir versək, onda bizim dünya çempionatında nə işimiz var?"- ifadəsini səsləndirib.

Bundan başqa Sergey Kiryakov: “Mən Berti Foqtsu yaxşı tanıyıram. Ancaq bu cür mütəxəssis belə əlinin altında olan futbolçulardan normal komanda qura bilməz. Rusiya yığması səviyyəcə Azərbaycandan qat-qat yüksəkdir. Bizim yığmanın Azərbaycanla oyuna necə yanaşacağı çox önəmlidir. Portuqaliyaya qələbədən sonra Azərbaycanla oyunda xal itirsək, bu, gülünc olar"-deyib.

Xatırladaq ki, Rusiya-Azərbaycan matçı oktyabrın 16-da "Lujniki" stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtilə saat 20:00-da səslənəcək. /livesport.az/