Rusiyadan prezidentlərin görüşü barədə təkzib

rusiyadan-prezidentlerin-gorusu-barede-tekzib
Oxunma sayı: 634

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında mayda görüşün keçiriləcəyi barədə məlumat təkzib edilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirilib.

 “Hələ ki, görüşün keçirilməsi barədə dəqiq məlumat yoxdur”, deyə Peskov vurğulayıb.  

Xatırladaq ki, bundan əvvəl Rusiyanın “Kommersant” qəzeti  iki ölkənin mayda Rusiya və ABŞ prezidentləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb.