Rusiyadan Türkiyəyə uçan təyyarə təcili eniş etdi

Rusiyadan Türkiyəyə uçan təyyarə təcili eniş etdi
Oxunma sayı: 1070

Moskva şəhərinin “Domodedovo” hava limanından Türkiyəyə uçan təyyarə Odessada təcili eniş edib. 

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, məcburi enişə səbəb tualetdə sahibsiz çantanın aşkarlanması olub. Bu barədə Milli polisin Odessadakı rəisinin məsləhətçisi Ruslan Forostyak bildirib.

Onun sözlərinə görə, uçuş zamanı sərnişinlərdən biri özünü pis hiss etdiyini deyərək uzun müddət tualetdə qalıb. Ekipaj onun bu hərəkətindən şübhələnərək tualet otağına baxış keçirib və orada gizlədilmiş çantanı aşkarlayıb. 

Forostyak qeyd edib ki, təyyarə eniş etdikdən sonra çanta polislər tərəfindən yoxlanılıb, lakin onun içərisində şübhəli heç nə tapılmayıb.

O, həmçinin vurğulayıb ki, özünü şübhəli aparan Litva vətəndaşı hazırda polis tərəfindən dindirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi