Rusiyadan Yəmənlə bağlı çağırış - “Əməliyyatları dayandırın”

rusiyadan-yemenle-bagli-cagiris
Oxunma sayı: 1553

Rusiya xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqə həsr edilən Voloday Forumunda Yəmənlə bağlı çıxış edib.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, Lavrov Yəməndəki tərəfləri tez bir zamanda hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına oturmağa çağırıb:

“Dərhal qarşıdurmaları dayandırıb, müzakirələri yenidən başlamaq lazımdır. Başqa yol yoxdur. Yəməndə bütün tərəflərlə istisnasız işləyirik və bundan sonra da davam edəcəyik”, - deyə bildirib.