Rusiyalı boksçu eyvandan düşərək öldü

rusiyali-bokscu-eyvandan-duserek-oldu
Oxunma sayı: 1633

Taillandda 35 yaşlı rusiyalı boksçu Aleksey Zabolotski eyvandan yıxılaraq ölüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, dostları ilə içki içən idmançı daha sonra oteldəki otağına qalxıb. Bir qədər sonra Alekseyin otağında qışqırıq səsləri eşidən dostları otağa daxil olublar və onun balkondan düşdüyünü görüblər.

Hadisə yerinə təcili yardım çağrılsa da, idmançı yolda keçinib. Onun ölümünə səbəb ağır kəllə-beyin travması alması olub. Hazırda polis hadisəni araşdırır.