Rusiyalı əkiz bacıları ağladan - - Etiraz

rusiyali-ekiz-bacilari-agladan-
Oxunma sayı: 2817


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarım finala keçənlərin adları oxunan vaxt  Rusiyanın 17 yaşlı  əkiz bacılardan ibarət  “Tolmachevy Twins” qrupunun  adı anons edildiyində 10 min nəfərlik konsert salonundan etiraz səsləri yüksəlib. Maria və Anastasia adlı əkiz bacılara  Rusiyanın Ukrayna siyasəti səbəbiylə etiraz edildiyi bildirilib. Salonda olan mətbuat nümayəndələri iştirakçıların bu reaksiya qarşısında göz yaşlarını tuta bilmədiklərini qeyd ediblər.

Qeyd edək ki, finala qalan ilk qrup Rusiya, Ukrayna, Azərbaycan, Çernoqoriya, Ermənistan, Macarıstan, San Marino, Hollandiya, İslandiya və İsveç olub.