Rusiyalı generaldan Qəbələ RLS-lə bağlı mühüm açıqlamalar

rusiyali-generaldan-qebele-rls-le-bagli-muhum-aciqlamalar
Oxunma sayı: 640


“Qəbələdə yerləşən “Daryal” radiolokasiya stansiyası texniki olaraq köhnəlib və daha Rusiyanın raket hücumu haqqında xəbərdarlıq sistemləri üçün hər hansı bir maraq kəsb etmir. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Strateji Təyinatlı Raket Qüvvələrinin sabiq qərargah rəisi, general polkovnik Viktor Yesin səsləndirib: “Qəbələ RLS-in saxlanması ilə bağlı Azərbaycanda gedən danışıqlar ehtimal ki, nəticəsiz olacaq. Rusiya stansiyanın icarəsindən imtina edəcək, nəzə alsaq ki, o köhnəlib və təyin olunan müddəti keçib.

Generalın fikrincə, Qəbələ RLS-in icarə müddətinin uzadılması üçün heç bir məqsədəuyğunluq yoxdur. V.Yesin onu da qeyd edib ki, Krasnodar yaxınlığındakı Armavirdə artıq bir ildən çoxdur ki, istismara hazır yeni “Voronej –DM” RLS yerləşir. Onun parametrləri isə Qəbələ RLS-in Raket Hücumundan Xəbərdarlıq Sistemi eşelonundan çıxmağı kompensasiya edə bilər .