Rusiyalı gözəl - “Qadınlar məni qısqanır” + Foto

rusiyali-gozel
Oxunma sayı: 15976

Sosial şəbəkə vasitəsiylə məşhur olan model Anastasia Kvitko bütün qadınların onu qısqandığını iddia edib.

“Qafqazinfo” “Axşam.az”a istinadən xəbər verir ki, Rusiyanın Kim Kardaşyanı kimi tanınan Anastasia İnstaqramda onu milyondan çox kişinin izlədiyini deyib:

“Elə buna görə də qadınlar məni qısqanır. Mənim görünüşümə paxıllıq edirlər”.

Sevgilisi olmadığını, amma bir çox kişidən təklif aldığını deyən Kvitko Kimə bənzədilməsi ilə razılaşmayıb:

“Bəlkə bir az kök olduğum üçün bənzədilirəm. Amma mən Kimdən daha gözəl, idman tipli bədənə sahibəm”.