Rusiyalı müğənni İsrailə buraxılmadı

rusiyali-mugenni-israile-buraxilmadi
Oxunma sayı: 1143

Rusiyanın məşhur müğənnisi Qriqori Lepsin İsrailə girişinə icazə verilməyib.  “Qafqazinfo” xəbər verir ki, bu barədə qastrol səfərinin təşkilatçısı deputat Yuliya Malinovskaya müraciət edib. 

Bildirilib ki, sənəti ilə birgə İsrailə gedəcək musiqiçi və texniki işçiyə icazə verilsə də, Lepsin ölkəyə girişinə qadağa qoyublar. 

Qeyd olunur ki, Qriqorinin İsraildə baş tutan konsertinə 3 mindən çox bilet satılıb. 

Xatırladaq ki, müğənninin bundan əvvəl Böyük Britaniya və ABŞ-a girişinə icazə verilməmişdi.