Rusiyalı ulduzla bağlı müəmma...

rusiyali-ulduzla-bagli-muemma
Oxunma sayı: 2219

Rusiyanın populyar müğənnisi Lyubov Uspenskayanın Barnauldakı konserti təxirə salınıb. “Qafqazinfo”nun məlumatına görə, təşkilatçılar qeyd edib ki, tədbir sənətçinin xəstəxanaya yerləşdirilməsi səbəbindən baş tutmayacaq. 

Onlar 65 yaşlı ulduzun bu gün reallaşmayan konserti barədə qısa açıqlama veriblər: “İndi onun səhhəti barədə həkimlərin qərarını gözləyirik. Güman ki, tarix dəyişdiriləcək”. 

Sənətçinin direktoru Vitali Makarov isə tamam fərqli açıqlama verərək Uspenskayanın səhhətinin qaydasında olduğunu, Barnaula texniki səbəblərə görə gedə bilməyəcəyini söyləyib.