Rusiyalı uşaq ABŞ-da öldürüldü

rusiyali-usaq-abs-da-olduruldu
Oxunma sayı: 639

“Qafqazinfo”un vesti.ru saytına istinadən xəbərinə görə, uşaq hüquqları üzrə Rusiya prezidenti yanında səlahiyyətli nümayəndəsi Pavel Astaxov övladlığa götüülmüş bir uşağın ABŞ-da həlak olmasını bildirib. Astaxov tvitterdə yazdığı mikrobloqunda bu məlumatı “qorxunc xəbər” adlandırıb.

Uşaq hüquqları üzrə ombudsman rusiyalı uşağın ölümünün təfərrüatını yazmayıb. Onun məlumatına görə, indiyədək ABŞ-da 19 rusiyalı uşaq öldürülüb.