“Rusiyalılar əvvəlki kimi Gürcüstana gəlmək istəyir” - Zurabişvili

rusiyalilar-evvelki-kimi-gurcustana-gelmek-isteyir
Oxunma sayı: 1394

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə anti-Rusiya aksiyaları zamanı heç bir rusiyalı turistin xəsarət almadığını deyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “DW” nəşri yazıb.

“Heç bir rusiyalı turistlə Gürcüstanda heç nə baş verməyib. Əksinə, biz rus əhalisinin reaksiyasını gördük. Rusiyalılar əvvəlki kimi Gürcüstana gəlmək istəyir. Və mən əminəm ki, rusiyalı turistlərin axını yenidən davam edəcək”, - Zurabişvili deyib.

Prezident əlavə edib ki, “Gürcüstan, həqiqətən də xoş məramla gələn, hər kəs üçün açıqdır”.