Rusiyanın 4-cü ən zəngin insanı oldu - “Forbes”in yeni siyahısı

rusiyanin-4-cu-en-zengin-insani-oldu
Oxunma sayı: 2994

“Forbes” jurnalı Rusiyanın ən zəngin 200 biznesmeninin yeni reytinqini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, siyahıya 19,1 milyardlıq sərvəti ilə Vladimir Lisin başçılıq edib. 

İlk dördlüyə “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov rəhbərlik edib. Onun bu il sərvəti 1,9 milyard dollar artaraq 16,4 milyarda yüksəlib. 

Digər azərbaycanlı biznesmen, “Krokus Siti”nin sahibi Araz Ağalarov 1,8 milyard dollarlıq sərvəti ilə (ötən ilki sərvəti 1,7 milyard dollar olub) 54-cü yerdədir. 

Milyarder Fərhad Əhmədov isə 1,4 milyardlıq sərvəti ilə (ötən ilki sərvəti 1,3 milyard olub) 69-cu yerdə qərarlaşıb. 

Jurnal qeyd edir ki, bazardakı durğunluğa və yeni antiRusiya sanksiyalarının gözlənilməsinə baxmayaraq, rus biznesmenlərin sərvəti 25 milyard dollar artıb. Rusiyadakı milyarderlərin ümumi sayı isə 96-dan 106-ya yüksəlib.