Rusiyanın ABŞ-dakı yeni səfiri o, ola bilər

rusiyanin-abs-daki-yeni-sefiri-o-ola-biler
Oxunma sayı: 640

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsi Xarici işlər nazirinin müavini Anatoliy Antonovun ölkənin ABŞ-dakı səfiri postuna namizədliyini təsdiqləyib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu kadr təyinatı ilə bağlı məsələni millət vəkillərinə İqor Morqulov təklif edib.

Qeyd edək ki, A. Antonov 2016-cı ildən XİN rəhbərinin müavini vəzifəsində fəaliyyət göstərir. O, 2011-2016-cı illərdə Rusiya müdafiə nazirinin müavini olub. 
Rusiyanın ABŞ-dakıhazırki səfiri Sergey Kislyak 2008-ci ildən bu postdadır.