“Rusiyanın Azərbaycan qazına ehtiyacı var”

rusiyanin-azerbaycan-qazina-ehtiyaci-var-
Oxunma sayı: 643

Bu sözləri AVRONEST Enenrji Təhlükəsizliyi Komitəsinin sədri, Milli Məclisin deputatı Fuad Muradov Rusiyanın Avropaya qaz ixrac edəcək “Cənub axını”nın tikintisi ilə bağlı perspektivi şərh edərkən bildirib. Deputatın sözlərinə görə, Rusiyanın “Cənub axını” layihəsinin əsas məqsədlərindən biri Ukraynadan yan keçməklə qazı Avropaya çatdımaqdır. “Kiyevin bu layihədən kənarda saxlanmasının xüsusi səbəbi də bir neçə il əvvəl Ukrayna ilə yaranmış ciddi problem olub. O zaman Ukrayna ilə pisləşən münasibətlərə görə Moskvanın tranzit imkanlarından imtina etməsi nəticəsndə Avropa ölkələrində qaz qıtlığı yaranmışdı. Qeyd etmək lazımdır ki, buna baxmayaraq Rusiya yenə ixrac etdiyi qazın 80 faizini Ukrayna üzərindən nəql edəcək. Bunun əsas səbəbi Ukrayna üzərindən qazın nəqlinin sərfəli və ucuz başa gəlməsidir. Eyni zamanda Yaxın Şərq və Afrika ölkələrindən nəql olunan qaz Rusiya qazına əsas rəqib sayılır”.

“Cənub axını” layihəsinin Azərbyacanın iqtisadi maraqlarına toxunması barədə gedən müzakirələrə gəlincə, deputat qeyd edib ki, texniki imkanlar baxımından Azərbaycanın öz qazını Türkiyə üzərindən Avropaya ötürmək üçün çox yaxşı imkanlara sahibdir.

“Rusiyanın “Cənub axını” layihəsi üçün Azərbaycan qazının əhəmiyyəti var. Mən bayaq qeyd etdm ki, Moskvanın həri iki borunun qazla təmin etmək üçün imkanları çatmır. Ona görə də “Cənub axını” üçün Azərbaycan qazı vacibdir. Azərbycan qazı olmasa “Cənub axını”nında qaz çatışmamazlığı ola bilər. Rusiya bizim qaza ehtiyac duyur”-deyə F. Muradov mühüm məqama aydınlıq gətirib.

Qeyd edək ki, 2012-ci ilin dekabrın 7-də Anapa şəhərində “Cənub axını” layihəsinin tikintisinin təməli qoyulub. “Cənub axını” layihəsinin dəyəri 16 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. Layihə tam gücü ilə 2018-ci ildə işləyəcək. “Cənub axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. “Cənub axını” Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanacaq. Daha sonra qaz kəməri iki hissəyə ayrılacaq. Bir qolu Serbiya, Macarıstan və Avstriya, digər qolu isə Yunanıstan və İtaliyadan keçəcək. Qara dənizin dibi ilə çəkiləcək kəmərə Türkiyənin ortaq olması təklif olunsa da, Ankara bundan imtina edib. Türkiyədə hesab edirlər ki, Moskvanın iştirak etmədiyi Nabukkonun çəkilməsi daha rentabelli və iqtisadi cəhətdən sərfəlidir.