Rusiyanın baş hərbi prokuroru istefa verdi

rusiyanin-bas-herbi-prokuroru-istefa-verdi
Oxunma sayı: 643

Rusiyanın baş hərbi prokuroru, baş prokurorun müavini Sergey Fridinski istefa verib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, 58 yaşlı Fridinski Federasiya Şurasına istefa ərizəsi ilə müraciət edib. 

Məlumatı Federasiya Şurasının müdafiə məsələləri üzrə komitəsinin rəhbəri Viktor Ozerov təsdiqləyib.

S. Fridinski vəzifəsindən hansı səbəbə getdiyini ərizəsində qeyd etməyib. 

Qeyd edək ki, Sergey Fridinski baş hərbi prokuror vəzifəsinə 2006-cı ilin iyulunda təyin olunub.