Rusiyanın BMT-dəki yeni daimi nümayəndəsi bəlli oldu

rusiyanin-bmt-deki-yeni-daimi-numayendesi-belli-oldu
Oxunma sayı: 639

Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzya ölkənin  BMT-dəki daimi nümayəndəsi postuna təyin olunub.
 

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə prezident  Vladimir Putin fərman imzalayıb.

Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Nebenzya həmçinin Moskvanı BMT-də təmsil edəcək.

Qeyd edək ki, V. Nebenzya 2013-cü ilin iyunundan XİN rəhbərinin müavini vəzifəsini daşıyırdı.

Xatırladaq ki, Rusiyanın BMT-dəki keçmiş daimi nümayəndəsi Vitaliy Çurkin bu ilin fevralında infarktdan ölüb.