Rusiyanın BMT-dəki yeni daimi nümayəndəsinin adı açıqlandı

rusiyanin-bmt-deki-yeni-daimi-numayendesinin-adi-aciqlandi
Oxunma sayı: 635

Rusiyanın BMT-dəki yeni daimi nümayəndəsi Xarici işlər nazirinin müavini Vasiliy Nebenzya olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə XİN-dən olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, bununla bağlı bütün sənədlər artıq BMT-yə göndərilib.

Qəzet qeyd edir ki, V. Nebenzyanın namizədliyi parlamentin hər iki palatasında təsdiq olunmalıdır. 

Xatırladaq ki, Rusiyanın BMT-dəki sabiq daimi nümayəndəsi, diplomat Vitaliy Çurkin fevralın 20-də vəfat edib.