Rusiyanın bu sahədəki monopoliyası sona çatır

rusiyanin-bu-sahedeki-monopoliyasi-sona-catir
Oxunma sayı: 640

2018-ci ilin iyununda dünyada ilk dəfə olaraq astornavtların özəl şirkətin hazırladığı gəmi vasitəsilə kosmosa uçuşu baş tutacaq.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, NASA artıq növbəti il üçün kosmik uçuş cədvəlini təqdim edib. Cədvələ əsasən “SpaceX” və “Boeing” şirkətləri gələn il BKS-ə (Beynəlxalq Kosmik Stansiya) insan göndərilməsində iştirak edəcəklər.

Bunun nəticəsində Rusiya BKS-ə astronavt göndərilməsində sahib olduğu monopoliyanı itirmiş olacaq.

Elon Muskın “SpaceX” şirkəti astronavtları kosmosa “Dragon 2” kosmik gəmisi vasitəsilə iyunda göndərəcək. “Boeing”in “CST-100 Starliner” adlı kosmik gəmisi isə avqustda havaya qalxacaq.

Daxilində insanların olmadıqları vəziyyətdə kosmik gəmilərin test uçuşları reallaşdırması, NASA tərəfindən verilən lisenziya şərtlərində vacib və məcburi özəlliklərdən biridir. Artıq test uçuşlarının vaxtı da dəqiqləşib.