Rusiyanın ən hündür adamı ehtiyac içində öldü

rusiyanin-en-hundur-adami-ehtiyac-icinde-oldu
Oxunma sayı: 638

İslamazeri.az-ın məlumatına görə, 245 sm boya və 200 kq çəkiyə malik 53 yaşlı idmançı son zamanlar yataq xəstəsi olub.Basketbolçu ehtiyac içində ölüb. Ötən ilin iyulunda onun kommunal mənzildəki otağında uzandığı və köməyə ehtiyac duyduğu məlum olub. Əvvəlcə Sizonenkoya keçmiş dostları və könüllülər kömək ediblər. Sonradan şəhər rəhbərliyi və onun karyerasına başladığı “Spartak” klubu da xəstəyə kömək etməyi qərara alıblar.Qeyd edək ki, Aleksandr Sizonenko 1959-cu ildə Ukraynanın Xerson vilayətində doğulub. Sizonenkonun idmançı karyerası Sankt-Peterburq “Spartak”ında başlayıb və 1986-cı ildə Samara “Stroitel”ində yekunlaşıb. O, uşaq yaşlarında çənə sümüyünün deşilməsi və hipofiz əməliyyatı keçirib. Sizonenko karyerasını hormonal pozuntu üzündən başa vurmalı olub.