“Rusiyanın Ermənistana silah tədarükü münaqişənin həllinə mənfi təsir edəcək”

“Rusiyanın Ermənistana silah tədarükü münaqişənin həllinə mənfi təsir edəcək”
Oxunma sayı: 780

Bir neçə gün əvvəl Ermənistan və Rusiya hökumətləri müdafiə kreditin verilməsi haqqında yeni saziş layihəsini təsdiq edib. Kreditin məbləği 100 milyon dollar təşkil edib.

Saziş layihəsində deyilir ki, Rusiya tərəfi Yerevana Rusiya istehsalı olan hərbi təyinatlı məhsulların tədarükünün maliyyələşdirilməsi üçün dövlət ixrac krediti verir. Hadisələrin belə inkişafı narazılıq doğurmaya bilməz, xüsusilə nəzərə alsaq ki, bu addım Moskvanın ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini pozur.

“Qafqazinfo”nun məlumatına görə, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev Trend-ə açıqlamasında qeyd edib ki, Moskva hesab edir ki, Azərbaycanın hərbi üstünlüyü Ermənistanın bu təzyiqi əks etdirə bilməsi ilə nisbətdə daha sürətlə artır.

 O, əlavə edib ki, qüvvələrin balansına gəldikdə, bu və ya digər tərəfin hərbi üstünlüyünü dəqiq hesablamaq mümkün deyil, çünki qeyri-sabit vəziyyət yarandıqda hərbi texnikanın sayı və keyfiyyəti hər zaman prioritet deyil: “2016-ci ilin aprelində baş verən hadisələr zamanı belə nəticəyə gəlmək olardı ki, Moskva Azərbaycan tərəfindən beynəlxalq hüquq baxımından işğal olunmuş sayılan Qarabağ ətrafındakı rayonların qaytarılması məqsədilə hərbi texnikanın, o cümlədən Rusiyadan tədarük edilən texnikanın istifadəsinə imkan verirdi”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi