Rusiyanın hərbi gəmiləri Bakıda - Video

rusiyanin-herbi-gemileri-bakida
Oxunma sayı: 654

Bu gün Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi Bakıya gəlib.
 
“Qafqazinfo”nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.