Rusiyanın ikinci milyarder qadını o, oldu

rusiyanin-ikinci-milyarder-qadini-o-oldu
Oxunma sayı: 1954

“Forbes” jurnalı Rusiyanın beynəlxalq onlayn-maqazini “Wildberries”in sahibi Tatyana Bakalçuku “Rusiyanın ikinci ən zəngin qadını” elan edib.

“Qafqazinfo” xəbər verir ki, onun sərvəti 1,2 milyard dollar miqdarında dəyərləndirilib.

Bakalçuk öz biznesini 2004-cü ildə həyat yoldaşı ilə qurub.

Qeyd edək ki, Rusiyada 1 milyard dollardan çox sərvəti olan ilk qadın Moskvanın keçmiş meri Yuri Lujkovun xanımı Yelena Baturinadır.