Rusiyanın “kabus təyyarəsi” Suriya səmasında - Video

rusiyanin-kabus-teyyaresi-suriya-semasinda
Oxunma sayı: 1747

Rusiya ordusunun “kabus təyyarəsi” adlı “Su-57” modelinin 5-ci nəsil döyüş təyyarəsi Suriyada sınaq uçuşu həyata keçirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, təyyarənin həqiqi müharibədə iştirak qabiliyyəti, yüksək temperatur və digər ağır şəraitlərdə təyyarənin uçuşu, “ağıllı” informasiya, idarəetmə və silahlar da daxil olmaqla bütün sistemləri yoxlanılıb.

Ümumilikdə 10-dan çox uçuş həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyi sınaq uçuşlarının Suriyanın hansı bölgəsində və hansı tarixlərdə etdiyinə dair məlumatı isə açıqlamayıb.

Qeyd edək ki, Rusiyanın “Sukhoi” zavodu tərəfindən istehsal edilən “Su-57” modelinin 5-ci nəsil çoxməqsədli ovçu döyüş təyyarəsi görünməzlik xüsusiyyətinə görə Rusiya tərəfindən “kabus təyyarə” adlandırılıb.

“Su-57”nin ilk sınaq uçuşu 2010-cu ildə edilib.