Rusiyanın məşhur döyüşçüsü Bakıya gəlir

rusiyanin-meshur-doyuscusu-bakiya-gelir
Oxunma sayı: 3257

MMA çempionu,  Rusiyanın qarışıq döyüş  sənəti üzrə məşhur idmançısı Həbib Nurməhəmmədov iyunun 18-də Bakıya gələcək. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə instaqram səhifəsində məlumat verib.

Bildirib ki,  Müqəddəs Ramaz bayramından sonra Azərbaycanda olacaq: “Bakı, tezliklə mən gəlirəm”. 

Dünən məlum olub ki, səfər Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və  Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının dəvəti və dəstəyi ilə həyata keçirilir. 

Nurməhəmmədov iyunun 18-də Fəxri və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra saat 16:00-da Əl Oyunları İdman Sarayında idman ictimaiyyəti, bu idman növü ilə məğul olan idmançılar və öz fanatlarıyla görüşəcək.