Rusiyanın müsəlman qadınlarının qurultayı başladı

rusiyanin-muselman-qadinlarinin-qurultayi-basladi
Oxunma sayı: 648

İlk dəfə müsəlman qadınların “Müsəlman qadını XXI əsrdə: onun cəmiyyətdəki rolu” adlı Ümumrusiya Qurultayı keçirilir.Müsəlman qadınların mənəvi kamilliyə can atması və fəal həyat mövqeyini müdafiə etməsi XXI əsrdə aktual olaraq qalır. Bura müasir cəmiyyətdə qadının rolunun müəyyənləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində qadınların fəallaşması yollarının təyin edilməsi, o cümlədən, cəmiyyətin mənəvi dəyərlərinin möhkəmləndirilməsi daxildir. Konqresin əsas məqsədi “Ümumrusiya Müsəlman Qadınlar Birliyi” İctimai Təşkilatının yaradılmasıdır.Qurultaya Rusiya, MDB ölkələri, Küveyt, Almaniya, Türkiyə, İran İslam Respublikasının qadın təşkilatlarının liderləri, alimlər, hökumət və ictimaiyyət nümayəndələri dəvət olunublar.Bildirək ki, təxminən 100 il əvvəl, 1917-ci ildə Moskvada Rusiya Müsəlman Qadınlarının I Qurultayı keçirilib.

SalamNews