Rusiyanın Suriyadakı səfirliyi atəşə tutuldu

rusiyanin-suriyadaki-sefirliyi-atese-tutuldu
Oxunma sayı: 666

Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildiirlir.

Qeyd olunur ki, hadisə noyabrın 20-də yerli vaxtla saat 10:35-də baş verib. Terrorçuların atdığı mərmilərdən biri Rusiyanın Dəməşqdəki səfirliyinin ərazisinə düşüb. 

XİN bildirir ki, diplomatik nümayəndəliyin əməkdaşları arasında xəsarət alan olmayıb.