Rusiyaya gedənlərə qadağa

rusiyaya-gedenlere-qadaga
Oxunma sayı: 633

Məlumatda bildirilir ki, qadağa bu ölkələrdən gələn sərnişinlərin əl yükü və baqajlarında Rusiya üçün karantin olan obyektlərin, yəni müxtəlif zərərvericilərin üzə çıxardılması hallarının tezləşməsi ilə əlaqədardır.

“Bu ölkələrdən karantin məhsulların siyahısında olan mal partiyalarının idxalı onların beynəlxalq və Rusiyanın fitosanitar tələblərinə uyğunluq şərti ilə fitosanitar sertifikatların müşayiəti ilə həyata keçirilir”, - məlumatda deyilir.

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti hələ mart ayında həmin bu üç ölkədən sərnişinlərin əl yükündə bitki mənşəli məhsulların gətirilməsinə qadağa tətbiqinin mümkünlüyü ilə bağlı xəbərdarlıq etmişdi. Xidmətin məlumatına görə, 2011-ci ildən bu ilin mart ayına kimi Rusiya üçün karantin olan obyektlərin Azərbaycandan 9, Özbəkistandan 130, Tacikistandan isə 228 gətirilməsi halı aşkar edilib. Zərərvericilər həm məhsul partiyalarında, həm də sərnişinlərin əl yüklərində aşkar edilib. Ancaq əl yükündə məhsul fitosanitar sertifikatlarla müşayiət olunmur, müvafiq olaraq bu halda zərərvericilərin idxalı riskləri də yüksək olur.

Tacikistandan, Azərbaycandan və Özbəkistandan RF-yə əsasən çəyirdəkli bitkilər (ərik, gavalı, gilas, albalı), alma və başqa meyvələr, eləcə də quru meyvələr, qoz , eləcə də tərəvəz gətirilir.