“Rusiyaya qarşı güc tətbiq etməyə hazırıq” - Dövlət Departamenti

rusiyaya-qarsi-guc-tetbiq-etmeye-haziriq
Oxunma sayı: 1396

“ABŞ vacib olduqda Rusiyaya qarşı güc tətbiq etməyə hazırdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin baş katibinin köməkçisi Uess Mitçel söyləyib.

Onun sözlərinə görə, Vaşinqton rəsmi Moskva ilə gərginliyin artmaması üçün üzərinə düşən işi görüb.

“Biz insidentlərin qarşısının alınması üçün əlaqələrimizi davam etdiririk. Bu səylər anlaşılmazlıq və ya təsadüfi toqquşma riskini minimuma endirməyə kömək edir”, deyə Mitçel bildirib.

O qeyd edib ki, Birləşmiş Ştatlar qarşıdurma axtarmır, ancaq özünü müdafiə üçün zəruri olduqda güc tətbiq etməyə hazırdır.