Rusiyaya qarşı sanksiyalar Macarıstanı 7 milyardından etdi

rusiyaya-qarsi-sanksiyalar-macaristani-7-milyardindan-etdi
Oxunma sayı: 1123

“Macarıstan iqtisadiyyatı Avropanın Rusiyaya qarşı sanksiyalarından sonra 7 milyard dollar itirib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto Federasiya Şurası sədrinin birinci müavini Nikolay Fyodorovla görüşündə bildirib: 

“Avropanın sanksiyaları gözləntilərimizi doğrultmadı. Əmtəə dövriyyəmizi cari səviyyədə saxlamaq üçün çox ciddi təşəbbüslər göstərməliyik”. 

Nazir əlavə edib ki, Macarıstan Rusiya ilə əmtəə dövriyyəsini 10 milyard dollaradək artırmağı hesablamışdı.