"Azərbaycan cümə günündən etibarən Rusiyanın "Qazprom" şirkətinə qazın tədarükünü 3 sutkalığa dayandırıb ki, bu da "Mozdok-Qazıməmməd" qaz kəmərində plandan kənar təmir işləri ilə izah edilir", - bu barədə “Trend”ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildiriblər.
ARDNŞ-dən qeyd ediblər ki, bu işlər başa çatdıqdan sonra qazın tədarükü normal rejimdə bərpa ediləcək.