Ruslan Abışov 6 aylıq sıradan çıxdı

ruslan-abisov-6-ayliq-siradan-cixdi
Oxunma sayı: 3937

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Uypeşt” - “Neftçi” matçının ilk hissəsində zədələnən Ruslan Abışovun durumuna aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, millimizin üzvü uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Tibbi baxışdan sonra məlum olub ki, 30 yaşlı kapitanın sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib. Həkimlərin rəyinə görə, Abışov minimum 6 aydan sonra komanda ilə məşqlərə qoşula biləcək.