Ruslan Abışov “Rubin”dən gedir?

ruslan-abisov-rubinden-gedir
Oxunma sayı: 1231


“Qafqazinfo” idmanxeber.com-a istinadən məlumat verir ki, Abışov göstərdiyi gözəl futbolla belə Kazan klubunun heyətində möhkəmlənə bilmir. Onun yayda "Rubin"dən ayrılma ehtimalı çoxalıb. Belə ki, Berdiyevin Kazan klubundan getməsinin ardından yeni çalışdırıcı Rinat Bilyaletdinov da öz siyasətini yürüdür. Yeni baş məşqçi "Rubin"ə 11 rus futbolçu gətirib və komandanı gəncləşdirmək istəyir. Məhz bu üzdən Ruslanın "Rubin"də qalma ehtimalı demək olar ki, çox azdır.