Ruslan Bəşirliyə Norveçdən məktub

ruslan-besirliye-norvecden-mektub
Oxunma sayı: 624

Bu barədə “Qafqazinfo”ya məlumat verən R.Bəşirli bildirib ki, 348 nəfərin imzası ilə göndərilən məktubda onun azadlığa çıxması ilə bağlı təbrik yer alıb. Norveç qrupu keçmiş siyasi məhbusu hər zaman diqqətdə saxladıqlarını və ona daim məktublar göndərdiklərini qeyd ediblər.

Təşkilatda daxil olan məktubda o da vurğulanıb ki, Norveç qrupu 2007-ci ildən etibarən Azərbaycanla ciddi şəkildə maraqlanır və bir neçə dəfə ölkədəki problemlərlə bağlı hökumət rəsmilərinə məktublar göndəriblər.

Təşkilatın Norveç qrupu R.Bəşirlinin quracağı yeni hüquq müdafiə QHT-si ilə ciddi şəkildə maraqlandıqlarını və onunla tərəfdaşlıq etmək niyyətində olduqlarını əlavə ediblər. Norveç qrupu təklif edib ki, Azərbaycanla bağlı informasiyaları onun yaradacağı təşkilatdan alsınlar.

R.Bəşirli də təşkilatla əməkdaşlıq etməyə hazır olduğunu deyib: “Mən təşəkkür edirəm ki, onlar daim mənimlə əlaqə saxlayıblar, problemlərimlə maraqlanıblar. Biz də bu əməkdaşlıqda maraqlıyıq”.



Səidə