Ruslanın siftəsi

ruslanin-siftesi
Oxunma sayı: 688

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının oyunçusu Ruslan Abışov Lənkəran klubunda ilk dəfə rəsmi matça çıxıb. Onun debütü Avropa Liqasının I təsnifat mərhələsinin Estoniya “Nomme Kalyu”su ilə ilk oyununa təsadüf edib. Ruslan “Xəzər Lənkəran” tarixinə 145-ci futbolçu kimi düşdü.

Lənkəran şəhər stadionundakı matçadək klubun 8 illik tarixində 144 futbolçu rəsmi oyunlarda meydana çıxmışdı. Onlardan 89-u legioner, 55-i yerli futbolçu idi. Yığmamızın üzvü bu siyahıda 56-cı azərbaycanlı futbolçu olub ki, ona “ağ-yaşıl” formada oynamaq nəsib olub.