Ruslar Azərbaycandan köçürülür

ruslar-azerbaycandan-kocurulur
Oxunma sayı: 684

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu ailələr Sovet İttifaqının dağılmasından sonra Azərbaycan ərazisində qalan iki kənddə məskunlaşıblar.

“Bizi rus vətəndaşlarla bağlı yaranmış vəziyyət narahat edirdi. Azərbaycan hökuməti ilə danışıqlardan sonra bu şəxslərə Rusiyada məskunlaşmağa şərait yaratmaq qərarına gəldik”, - deyə nümayəndəliyin rəsmisi Sergey Subbotin bildirib.

Sergey Subbotinin sözlərinə görə, son olaraq 450 rus ailəsi ilə bağlı məsələ RF-nin Şimali Qafqaz üzrə nümayəndəsi Aleksandr Xloponinin ölkəmizə səfəri zamanı qaldırılşmışdı.

Qeyd edək ki, rus ailələri Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndlərində yaşayırlar.