Ruslar əsgərlikdən qaçırlar

ruslar-esgerlikden-qacirlar
Oxunma sayı: 646

“Qafqazinfo”nun “İnetrefaks”a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya Federasiyası silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Vasiliy Smirnov deyib. Smirnov payız çağırışına həsr olunmuş mətbuat konfransında bildirib ki, çağırış vərəqəsinin verilməsindən 203,5 min insan yayınıb. Rusiyada payız çağırışı oktyabrın 1-də başlayır.
V.Smirnov çağırışçıların ünvanlarının dəyişdiyi üçün də problemlər yarandığını söyləyib. Onun sözlərinə görə, çağırış vərəqəsi verilmiş 7 min 271 insan hərbi xidmətdən yayınıb.