Ruslar siyasətçilərin dindarlığını səmimi saymırlar

ruslar-siyasetcilerin-dindarligini-semimi-saymirlar
Oxunma sayı: 629

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Rusiyada aparılan anket sorğuları nəticəsində xalqın 63%-nin siyasətçilərin kilsələrdə keçirilən dini ayinlərdə səmimi şəkildə iştirak etdiklərinə inanmadığı məlum olub.

Anketdə iştirak edənlərin yalnız 18%-i liderlərin həqiqətən dindar insanlar olduğu üçün ayinlərdə iştirak etdiklərini düşündüyü bildirib. Habelə araşdırma nəticəsində xüsusilə böyük şəhərlərdə yaşayan əhalinin siyasətçilərin dindarlığına inanmadıqları müəyyən edilib. Sorğuda nəzərəçarpan nəticələrdən biri də Baş nazir Vladimir Putini dəstəkləyənlər arasında onun əsl dindar olduğuna inananların cəmi 23% təşkil etməsidir.

Məlumat üçün deyək ki, Rusiyanın hazırkı aparıcı siyasi fiqurlarının böyük əksəriyyəti siyasi karyeralarına sosializm ideologiyasının hakim olduğu keçmiş SSRİ dövründə başlayanlardır.