Rusların gürcü çaxırı sevgisi

ruslarin-gurcu-caxiri-sevgisi
Oxunma sayı: 1006

Rusiya ilə münasibləri düzəltməyə söz verən ölkənin yeni baş naziri Bidzina İvanişvili qonşu ölkə ilə ilk olaraq iqtisadi münasibətləri tənzimləməyi qarşısına məqsəd qoyub. Lakin, məsələ ilə bağlı açıqlama verən rusiyalı iqtisadçı-ekspert Vadim Pavlov gürcü çaxırının Rusiya bazarında əvvəlki nüfuzunu bərpa edə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, buna səbəb ölkədə Avropa çaxırlarının kifayət qədər sevilməsi və alıcılıq qabiliyyətinin yüksək olmasıdır.

"Ölkəyə İspaniya, İtaliya, Fransa və Argentinadan ən çox sevilən çaxır növləri idxal olunur. Düşünürəm ki, gürcülər Rusiya bazarını bir dəfəlik itiriblər. Mən heç gürcü çaxırının dadına da baxmayacam. Axırıncı dəfə 30 il bundan əvvəl gürcü çaxırı içmişəm və indiyə qədər dadı heç yadıma da düşmür", - deyə Pavlov bildirib.

Qeyd edək ki, Rusiya qadağanı ləğv edəcəyi halda Gürcüstan 2015-ci ilə qədər Rusiyaya 40 milyon ədəd çaxır ixrac etməyi planlaşdırır. 2005-ci ilə kimi isə Gürcüstan Rusiyanın çaxıra olan tələbatının 90 faizini ödəyirdi.