Rüstəm Həmidov istefa verdi

rustem-hemidov-istefa-verdi
Oxunma sayı: 3792

Başqırdıstan Respublikasının başçısı Rüstəm Həmidov istefa verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, Həmidov istefa qərarını Rusiya prezidenti Vladimir Putinə çatdırdığını bildirib.

Onun sözlərinə görə, növbəti seçkilərin heç birində iştirak etməyəcək.

Qeyd edək ki, R. Həmidov Başqırdıstan Respublikasına 2015-ci il yanvarın 1-dən rəhbərlik edir.