Rüstəm Həmidovun yerinə o gəldi

rustem-hemidovun-yerine-o-geldi
Oxunma sayı: 2198

Rusiya prezidenti Vladimir Putin Kursk vilayətinin qubernatoru və Başqırdıstan Respublikasının rəhbəri vəzifələrinə təyinat edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatoru müvəqqəti olaraq Starovoyt Roman Vladimiroviç, Başqırdıstan rəhbəri isə Habirov Radiy Faritoviç təyin olunub. Prezidentin sərəncamı barədə məlumatı mətbuat katibi Dmitri Peskov yayıb. 

Qeyd edək ki, Başqırdıstan rəhbəri Rüstəm Həmidov bu gün istefa verib.

Vladimir Putin digər sərəncamı ilə Rüstəm Həmidovun istefasını qəbul edib və onu  işdən azad edib.