Rüstəm Orucov Ermənistan idmançısı ilə qarşılaşacaq

Rüstəm Orucov Ermənistan idmançısı ilə qarşılaşacaq
Oxunma sayı: 15

Bolqarıstanın Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov da tatami üzərinə çıxıb. 

Rüstəm Orucov yarışa 1/16 finalda qoşulub. O, bu mərhələdə Andre Seppa (Estoniya) ilə güləşib. Təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib və ippanla qalib gəlib. Rüstəm 1/8 finalda ermənistanlı Ferdinand Karapetyanla mübarizə aparacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi