Rüşvət alan vəzifəli şəxsin işi məhkəməyə göndərildi

rusvet-alan-vezifeli-sexsin-isi-mehkemeye-gonderildi
Oxunma sayı: 637

“Qafqazinfo”ya daxil olan xəbərə görə, istintaqla həmçinin müəyyən edilib ki, Ələsgər Səfərli ömürlük əlillik dərəcəsinin təyin edilməsi müqabilində rayon sakinləri Cahangir Kərimov, Qələndər Əliyev və Zakir Şıxıyevdən də müvafiq olaraq 100, 90 və 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi alıb.

Ə.Səfərli Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib, Mübariz Məmmədov, Cahangir Kərimov, Qələndər Əliyev, Zakir Şıxıyev isə Cinayət Məcəlləsinin 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Mübariz Məmmədovun barəsində polisin nəzarəti altına vermə, Cahangir Kərimov, Qələndər Əliyev və Zakir Şıxıyevin barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.