Rüşvət alarkən həbs olunan baş həkim - Məhkəmə zalından azadlığa buraxıldı

rusvet-alarken-hebs-olunan-bas-hekim
Oxunma sayı: 748

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara verilən arayışlara görə rüşvət alarkən həbs olunan Narkoloji Dispanserin baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Hüseyn Həsənov və həbsdə olmayan digər təqsirləndirilən Mətanət Şamçiyevaya şərti cəza verilib. Həbsdə olan H.Həsənov məhkəmə zalından azadlığa buraxılıb.

Murad Əhməd